Çərşənbə, 12 Avqust, 2026
Tarix: 12 Aug 2026 03:54
İraqın Baş naziri Əli əz-Zeydi ölkə ərazisində silahların yayılmasını məhdudlaşdıracaq qanun layihəsinin hazırlanmasını tapşırıb.
APA xəbər verir ki, bu barədə İraq hökumətinin başçısının ofisi məlumat yayıb.
Baş nazir parlamentin təhlükəsizlik məsələləri üzrə komitəsinin üzvləri ilə görüşdə ölkə üçün hazırda ən ciddi təhlükənin silahların nəzarətsiz yayılması olduğunu bildirib.
Onun sözlərinə görə, silahların yalnız dövlət qurumlarının əməkdaşlarının əlində qalmasını təmin edən qanun layihəsi hazırlanmalıdır.
Əz-Zeydi, həmçinin yaxın gələcəkdə Bağdadın ölkə daxilində təhlükəsizlik və sabitliyi təmin etmək üçün hərbi institutlarını gücləndirməli olduğunu vurğulayıb.
İraq silahlanma təhlükəsizlik
Mənbə: apa.az