Zelenski: Ukrayna müharibənin dayandırılması ilə bağlı təkliflərini ABŞ-a təqdim edib

Zelenski: Ukrayna müharibənin dayandırılması ilə bağlı təkliflərini ABŞ-a təqdim edib

Tarix: 12 Aug 2026 08:12

Ukrayna müharibənin dayandırılması planı ilə bağlı təkliflərini ABŞ tərəfinə təqdim edib.

"Unian" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

“Biz təkliflərimizi Amerika tərəfinə təqdim etdik. ABŞ, ilk növbədə hava hücumundan müdafiə sahəsində müdafiəmizi gücləndirməyə və Rusiyaya təzyiq göstərərək planlarını dəyişməyə – müharibəni davam etdirməyə deyil, başa çatdırmağa hazırlaşmağa kömək edə bilər”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti, həmçinin Rusiyanın sentyabrda keçiriləcək parlament seçkilərindən yeni səfərbərlik elan etmək üçün istifadə edə biləcəyini iddia edib.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiyanın payızda səfərbərliyə hazırlaşdığına dair sübutlara malikdir.

“Onlar parlament seçkilərinin imitasiya edilməsindən dərhal sonra payızda səfərbərliyə hazırlaşırlar. Daha sonra, qondarma seçkilərdən sonra Putin ilin sonunadək bir neçə yüz min rusiyalının, gələn il isə daha bir o qədər şəxsin sürətli şəkildə səfərbər edilməsini planlaşdırır”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, bununla Rusiya cəmiyyətində müharibəyə guya dəstək olduğu görüntüsünün yaradılması planlaşdırılır.

Zelenskinin sözlərinə görə, səfərbərlik müqavilə əsasında hərbçilərin orduya cəlb olunması ilə paralel aparılacaq.

Ukrayna ABŞ Rusiya Volodimir Zelenski

Mənbə: apa.az

Xəbər Lenti