ABŞ rəsmisi: Cənubi Qafqazda strateji mövqeyimizi gücləndirmək istiqamətində işimizi davam etdirəcəyik

ABŞ rəsmisi: Cənubi Qafqazda strateji mövqeyimizi gücləndirmək istiqamətində işimizi davam etdirəcəyik

Tarix: 12 Aug 2026 09:09

ABŞ Cənubi Qafqazda strateji mövqeyini gücləndirmək istiqamətində mühüm işini davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyanla keçirdiyi üçtərəfli görüşə dair paylaşımında bildirib.

O qeyd edib ki, görüş zamanı 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi sülhün ildönümü qeyd edilib.

“Cənubi Qafqaz üçün dinc və firavan gələcəyi təmin etmək, eyni zamanda Amerikanın bu mühüm regiondakı strateji mövqeyini gücləndirmək istiqamətində mühüm işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - ABŞ dövıət katibinin müavini qeyd edib.

Firuzə Vahid ABŞ Cənubi Qafqaz Alison Huker Vaşinqton

Mənbə: apa.az

Xəbər Lenti