FT: Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb

FT: Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb

Tarix: 12 Aug 2026 10:41

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Ukrayna Prezidenti Volodimir Zelenskiyə şəxsən zəng edərək, Rusiyanın Qara dənizdə Novorossiysk limanı ətrafında Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ilə əlaqəli neft tankerlərinə və infrastruktura PUA zərbələrinin dayandırılmasını istəyib.

Bu barədə “Financial Times” məlumat yayıb.

Qəzetin məlumatına görə, Vensin bu tələbi iyulun 31-də səsləndirilib və bundan sonra Kiyev Rusiya limanından istifadə edən, lakin Rusiya şirkətlərinə məxsus olmayan gəmilərə zərbələri dayandırmağa razılaşıb.

ABŞ administrasiyası narahatlığını onunla əsaslandırıb ki, hücumlar qlobal neft bazarında sabitliyi poza və ABŞ şirkətlərinin maraqlarına zərər vura bilər. CPC vasitəsilə əsasən Qazaxıstan nefti daşınır və konsorsiumda “Chevron” və “ExxonMobil” kimi ABŞ şirkətlərinin də böyük payları var.

“Financial Times”ın məlumatına görə, Ukrayna CPC infrastrukturu və Novorossiyskə gedən qeyri-Rusiya tankerlərinə zərbə endirməməyə razılaşıb. Bunun üçün gəminin Ukrayna tərəfindən sanksiyaya məruz qalmaması, Rusiya yükü daşımaması və Rusiya fiziki və ya hüquqi şəxslərinə məxsus olmaması şərtləri nəzərə alınır.

Məlumata görə, eyni zamanda, Kiyev bu addımı “Patriot” Hava Hücumundan Müdafiə sistemləri üçün raketlərin istehsalına və alınmasına ABŞ lisenziyası əldə etmək ümidləri fonunda atıb.

İlqar Xudiyev Vensin tələbi Zelenski Xəzər Boru Kəməri Konsorsiumu

Mənbə: apa.az

Xəbər Lenti