Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək

Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək

Tarix: 12 Aug 2026 10:28

Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat ayrılıb.

avtomobil yolu Naxçıvan sərəncam

Mənbə: apa.az

Xəbər Lenti