“Reuters”: Ukraynanın hücumundan sonra Novorossiyskdə iki iri taxıl terminalı fəaliyyətini dayandırıb

“Reuters”: Ukraynanın hücumundan sonra Novorossiyskdə iki iri taxıl terminalı fəaliyyətini dayandırıb

Tarix: 12 Aug 2026 13:08

Rusiyanın cənubundakı Novorossiysk limanında ölkənin iki ən böyük taxıl terminalı 12 avqust gecəsi Ukraynanın PUA hücumlarından sonra fəaliyyətini dayandırıb.

Bu barədə “Reuters” sənaye sahəsindəki dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, illik ixrac gücü 8,5 milyon ton olan “Demetra” və illik ixrac gücü 7,1 milyon ton olan NKHP terminalları öz fəaliyyətini dayandırıb.

Qeyd edilir ki, Novorossiysk limanı vasitəsilə Rusiyanın taxıl ixracının üçdə birinə qədəri həyata keçirilir.

İlqar Xudiyev Novorossiysk limanı taxıl terminalı PUA hücumu

Mənbə: apa.az

Xəbər Lenti