Çərşənbə, 12 Avqust, 2026
Tarix: 12 Aug 2026 13:01
Məkkə Sazişinin mesajı çox aydındır: birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir.
Türkiyə mediasının xəbərinə görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
“Eyni zamanda, bu ittifaqa imza atan ölkələr olaraq, bir-birimizə təhlükə yaratmayacağımız, əksinə bir-birimizin təhlükəsizliyini təmin etməyə və bir-birimizlə həmrəy olmağa sadiq olduğumuz mesajını göndəririk”, - Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, bu sazişlə biz heç bir ölkəni hədəf almırlar, burada məqsəd yalnız regional sülh, sabitlik və xalqların rifahıdır.
Türkiyə Prezidenti vurğulayıb ki, “bu saziş bölgədə sülh və sabitlik istəyən bütün qardaş ölkələr üçün açıqdır”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistan Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıb. Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək.
Rəcəb Tayyib Ərdoğan Məhəmməd bin Salman Şahbaz Şərif Məkkə SazişiMənbə: apa.az