Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb

Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb

Tarix: 12 Aug 2026 12:49

Ukrayna Müdafiə Qüvvələri gecə saatlarında Novorossiyskdə Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına qarşı əməliyyat keçirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.

Onun sözlərinə görə, cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən Novorossiysk Rusiya donanmasının Qara dənizdəki əsas dayaqlarından biridir.

“Reaktiv dronlarımız “Palyanitsa”, “Neptun” raketləri və pilotsuz dəniz sistemlərimiz müəyyən edilmiş hədəflər üzrə dəqiq zərbələr endirib”, – Zelenski bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, hava hücumundan müdafiə mövqelərinə, liman körpülərinə və infrastrukturuna zərbələrin endirilməsi təsdiqlənib.

O vurğulayıb ki, Rusiya hərbi donanması və onu dəstəkləyən infrastruktur “Rusiya təcavüzü davam etdiyi müddətdə təhlükəsiz olmayacaq”.

İlqar Xudiyev Zelenski Novorossiysk Rusiya hərbi-dəniz bazasına zərbə

Mənbə: apa.az

Xəbər Lenti