Əraqçi Fransanı insan haqları ilə bağlı ikiüzlülükdə ittiham edib

Əraqçi Fransanı insan haqları ilə bağlı ikiüzlülükdə ittiham edib

Tarix: 13 Aug 2026 12:41

Fransa insan haqlarından danışmağı dayandırmalıdır.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.

Fransa xarici işlər nazirinin İranda insan haqlarının vəziyyəti ilə bağlı açıqlamalarına münasibət bildirən Əraqçi qeyd edib ki, “Fransa kimi ölkələr dünya ictimaiyyətinə insan haqları və beynəlxalq hüquqla bağlı moizə oxumağı dayandırmalıdır”.

“Bu, açıq-aşkar ikiüzlülükdür”, - Əraqçi vurğulayıb. O, Fransanı İsrailin Qəzzada törətdiklərinə və İrana qarşı müharibəyə dəstək verməkdə ittiham edib.

Qeyd edək ki, ötən gün Fransanın xarici işlər naziri Jan-Noel Barro “X”-də bir sıra Avropa ölkələri tərəfindən İranda ölüm hökmlərinin icrasını pisləyən birgə bəyanatı yenidən yayımlayıb.

Haşim Rahimi

Mənbə: apa.az

Xəbər Lenti