Cümə axşamı, 13 Avqust, 2026
Tarix: 13 Aug 2026 12:08
ABŞ İranla müharibədə və Hörmüz boğazında yanlış hesablamalara yol verib.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında rəsmi Vaşinqtona xəbərdarlığında bildirib.
Onun sözlərinə görə, ABŞ uzun müddətdən bəri kəşfiyyat sahəsindəki uğursuzluqlar səbəbindən yanlış hesablamalara düçar olub və İranla müharibə də bunlardan biridir.
“İndi isə daha böyük yanlış hesablama Hörmüz boğazıdır. Saxta kəşfiyyat saxta xəbərlərdən daha pisdir. Ehtiyatlı olun”, - Əraqçi vurğulayıb.
Toğrul Quluzadə Abbaç Əraqçi xəbərdarlıq Hörmüz boğazı ABŞMənbə: apa.az