Cümə axşamı, 13 Avqust, 2026
Tarix: 13 Aug 2026 13:06
Ukrayna müəyyən şərtlər daxilində ölkənin ali rəhbərliyinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşünü istisna etmir.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaroslav Çernoqor “Azadlıq Radiosu”na müsahibəsində bildirib.
“Əgər müharibə şəraitində insan itkilərinin sayını azaltmaq və ya ümumiyyətlə, döyüş əməliyyatlarını dayandırmaq üçün Ukrayna Prezidentinin və ya ölkənin hər hansı dövlət məmurunun qarşı tərəfin nümayəndəsi ilə görüşməsi zəruri olacaqsa, belə addımlar atılacaq”, – səfir qeyd edib.
İlqar Xudiyev Lukaşenko Zelenski Ukrayna Belarus
Mənbə: apa.az