Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib

Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib

Tarix: 13 Aug 2026 13:02

Ermənistanın Təhlükəsizlik Şurası sabiq katibi Armen Qriqoryan Baş nazirin aparatında vəzifə tutmaq təklifindən imtina edib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

“Armen Qriqoryana Baş nazirin aparatında iş təklif etdim, lakin görünür, o, dövlət karyerasında fasilə verməyə üstünlük verdi. Mən buna anlayış və hörmətlə yanaşıram”, – o deyib.

Qeyd edək ki, Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsində parlamentin sabiq sədri Alen Simonyan əvəz edib.

İlqar Xudiyev Paşinyan Qriqoryan Təhlükəsizlik Şurası katibi Ermənistan

Mənbə: apa.az

Xəbər Lenti