Krımda PUA hücumundan sonra partlayış baş verib, Rusiya FHN-in 4 pirotexniki ölüb

Krımda PUA hücumundan sonra partlayış baş verib, Rusiya FHN-in 4 pirotexniki ölüb

Tarix: 13 Aug 2026 13:50

Sevastopolda Ukraynanın PUA hücumundan sonra ərazinin təmizlənməsi və partlayıcı sursatların zərərsizləşdirilməsi zamanı 5 nəfər ölüb.

Rusiya mediasının məlumatına görə, ölənlərdən 4-ü Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) pirotexnikləri, biri isə obyektin mühafizəçisi olub.

Məlumata görə, FHN əməkdaşları hücumdan sonra ərazini yoxlayarkən partlayıcı sursatlardan biri detonasiya edib.

Hadisə 12 avqustda Sevastopola həyata keçirildiyi bildirilən kütləvi PUA hücumundan sonra baş verib. Rusiya tərəfi həmin gecə 30-dan çox PUA-nın vurulduğunu açıqlayıb.

İlqar Xudiyev Sevastopol sursatların zərərsizləşdirilməsi pirotexniklərin ölümü

Mənbə: apa.az

Xəbər Lenti