Beyrut “Hizbullah”ın tərksilahına nəzarət üçün xarici hərbçilərin Livana göndərilməsinə razılıq verildiyini təkzib edib

Beyrut “Hizbullah”ın tərksilahına nəzarət üçün xarici hərbçilərin Livana göndərilməsinə razılıq verildiyini təkzib edib

Tarix: 13 Aug 2026 16:31

Rəsmi Beyrut “Hizbullah”ın tərksilah edilməsinə nəzarət etmək üçün bir sıra ölkələrin Livana hərbi kontingent göndərməsinə razılıq verildiyi ilə bağlı xəbərləri təkzib edib.

“Reuters”ə danışan anonim Livan rəsmisinin sözlərinə görə, İsraillə danışıqlarda belə bir məsələ ilə bağlı razılıq əldə olunmayıb və bu mövzuda ABŞ-la danışıqlar gedir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentindən olan anonim mənbə Romada İsrail və Livan arasında aparılan danışıqlarda “Hizbullah”ın tərksilah edilməsindən əmin olmaq üçün “üçüncü tərəflər”in yoxlama məqsədilə Livana yerləşdirilməsinin müzakirə olunduğunu bildirib.

Bundan sonra isə, “Reuters” üç məlumatlı mənbəyə istinadən Livanın bununla razılaşdığı və bu ölkələrin siyahısının da məlum olduğunu qeyd edib. Sözügedən ölkələrin Böyük Britaniya, İtaliya, İsveçrə və İndoneziya olduğu vurğulanıb.

Toğrul Quluzadə Livan İsrail Hizbullah

Mənbə: apa.az

Xəbər Lenti