Cümə, 27 Mart, 2026
Tarix: 06 Dec 2023 14:01
İşğaldan azad olunmuş ərazilərdə mülkiyyətə dəymiş zərərlə bağlı hesablamalar aparırıq və qeyri-qanuni fəaliyyətin nəticələrini nəzərdən keçiririk.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
“Nəinki separatçıların özləri, həmçinin müxtəlif ölkələrdəki erməni diasporunun nümayəndələri bu fəaliyyətlərlə məşğul olublar. Onlar ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”, - dövlət başçısı qeyd edib.