Şənbə, 15 Avqust, 2026
Tarix: 14 Aug 2026 09:33
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında bağlanan müdafiə müqaviləsi özlüyündə göstərir ki, Pakistan Cənubi Asiyada təhlükəsizlik və sabitlik zəmanətçisidir.
APA xəbər verir ki, bunu Pakstanın Azərbaycandakı səfiri Qasim Mohiuddin Pakistanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
“İndi regionda davam edən gərginliklərdə Pakistan yenə də öz mühüm rolunu oynadı. Bizim köməyimiz və məsləhətlərimiz sayəsində müharibənin qarşısı müəyyən qədər alındı. Biz hələ də sülh yolu ilə həll variantının tapılmasına çalışırıq”, - Pakistan səfiri İran və ABŞ arasında imzalanan anlaşma memorandumu ilə bağlı danışarkən qeyd edib.
Toğrul Quluzadə Pakistan Cənubi Asiya Pakstanın Azərbaycandakı səfiri Qasim Mohiuddin Pakistan Müstəqillik günü
Mənbə: apa.az