Qubada 5 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Qubada 5 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Tarix: 14 Aug 2026 21:31

Quba rayonunda 4.9 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla 20:56-da baş verən zəlzələ yerin 13 km dərinliyində olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb.Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

***

21:10

Quba və Xaçmaz rayonlarında yeraltı təkanlar hiss olunub.

APA-nın Şimal bürosunun məlumatına görə, ilkin məlumata əsasən, zəlzələ saat 20:56-da Şabran şəhərindən təxminən 10 kilometr məsafədə baş verib.

Zəlzələnin maqnitudası 4,9 bal təşkil edib.

Yeraltı təkanlar Quba və Xaçmaz rayonlarında da hiss olunub.

Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur.

Xanım Məmmədova

Mənbə: apa.az

Xəbər Lenti