Bazar ertəsi, 17 Avqust, 2026
Tarix: 17 Aug 2026 12:29
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Bəxtiyar Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək, Rusiya Federasiyasından deportasiya olunub.
Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.
Fərid Əkbərov Azərbaycan diasporu Bəxtiyar HəsənovMənbə: apa.az