Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib - VİDEO

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib - VİDEO

Tarix: 17 Aug 2026 12:29

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Bəxtiyar Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək, Rusiya Federasiyasından deportasiya olunub.

https://t.me/apa_az/124656

Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.

Fərid Əkbərov Azərbaycan diasporu Bəxtiyar Həsənov

Mənbə: apa.az

Xəbər Lenti