Bazar ertəsi, 17 Avqust, 2026
Tarix: 17 Aug 2026 14:43
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunluq duyuram.
APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” hesabında bildirib.
“Bu, Ukrayna və Azərbaycan arasında güclü tərəfdaşlıq, həmrəylik, dostluq və Azərbaycanın İrpinə göstərdiyi davamlı dəstəyin qiymətləndirilməsidir”, - səfir vurğulayıb.
Yuri Husyev Ukraynaya göstərilən dəstəyə görə Azərbaycana xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev İrpin Yuri HusyevMənbə: apa.az