Qəzzada ölənlərin sayı 35 984 nəfərə çatıb

Tarix: 26 May 2024 14:40

İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 35 984 nəfər həlak olub, 80 643 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzza zolağında 81 nəfər həyatını itirib, 223 nəfər yaralanıb.

Xəbər Lenti