BBC qənaət məqsədilə iki telekanalı və bir radionu bağlayacaq

BBC qənaət məqsədilə iki telekanalı və bir radionu bağlayacaq

Tarix: 21 Oct 2026 03:55

Böyük Britaniyanın ictimai yayım şirkəti BBC qarşıdakı iki il ərzində 500 milyon funt sterlinq qənaət etmək məqsədilə iki telekanalını və bir radio stansiyasını bağlayacağını, həmçinin əməkdaşlarının bir qismini işdən çıxaracağını açıqlayıb.

APA xəbər verir ki, plana əsasən, “BBC Scotland” və “BBC Three” telekanalları, eləcə də “BBC Radio 4 Extra” fəaliyyətini dayandıracaq.

Bəzi proqramların “BBC iPlayer” və “BBC Sounds” rəqəmsal platformalarına köçürülməsi nəzərdə tutulur.

“BBC News” xidmətinin təxminən 100 əməkdaşının da işdən çıxarılacağı bildirilir. Ümumilikdə isə şirkətdə 1800–2000 iş yerinin ixtisarı planlaşdırılır.

BBC-nin baş direktoru Mett Brittin artan xərclər fonunda çətin qərarların zəruri olduğunu bildirib.

Bağlanması nəzərdə tutulan yayım platformalarının 2027-ci ilin yazınadək fəaliyyətini davam etdirəcəyi qeyd olunur.

Britaniya BBC

Mənbə: apa.az

Xəbər Lenti