HAMAS Təl-Əvivi raket atəşinə tutub - VİDEO - YENİLƏNİB

Tarix: 26 May 2024 15:54

HAMAS Rafah şəhərindən İsrailə 8 raket buraxıb.

APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

***

saat 15.24

Təl-Əviv raket atəşinə tutulub.

APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, son 4 ayda ilk dəfə HAMAS Qəzza zolağından Təl-Əvivə raket zərbəsi endirib.

HAMAS İsrail Ordusunun mülki şəxslərə qarşı əməliyyatına cavab olaraq Təl-Əvivə zərbə endirdiyini açıqlayıb.

Raketlər Rafah şəhərindən buraxılıb. Ümumilikdə Təl-Əvivə 10 raket atılıb.

https://t.me/apa_az/84146

Xəbər Lenti