Gürcüstan 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya problemini həll etməyi planlaşdırır

Tarix: 26 May 2024 17:18

Gürcüstan Baş naziri İrakli Kobaxidze 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya problemini həll edərək, ölkənin ərazi bütövlüyünü bərpa etməyi planlaşdırdıqlarını bəyan edib.

APA-nın Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, İrakli Kobaxidze 26 may Müstəqillik Günü ilə bağlı çıxışında deyib ki, məqsədləri “vəd edilmiş torpaqlar”ın qaytarılmasını və ya “gürcü arzusu”nu Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə reallaşdırmaqdır.

Baş nazir bildirib ki, söhbət konkret 2030-cu ildən gedir: 2030-cu ildə abxaz və osetin qardaş və bacılarımızla vahid və güclü Gürcüstanda yaşamaq gürcü arzumuzdur. Vahid və güclü Gürcüstan Avropa ailəsinin tam hüquqlu üzvü olmalıdır.

Xəbər Lenti