Hindistanda əyləncə parkında yanğın olub, 28 nəfər ölüb

Tarix: 26 May 2024 17:56

Hindistanın Qucart ştatının Rackot şəhərində əyləncə parkının oyun zalında yanğın olub.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində əksəriyyəti uşaq olmaqla, 28 nəfər ölüb.

Hadisə zamanı parkda 300-ə qədər insan olub.

İlkin ehtimala görə, yanğının səbəbi elektrik xəttində qısaqapanmadır.

Xəbər Lenti