Ermənistanda subasma nəticəsində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb - VİDEO - YENİLƏNİB

Tarix: 26 May 2024 19:56

Ermənistanın subasma nəticəsində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.

APA-nın xəbərinə görə, bunu “Lurer”-ə müsahibəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

Nazir infrastruktura - elektrik xətlərinə, qaz kəmərlərinə, içməli su sisteminə daha çox ziyan dəydiyini qeyd edib.

***

saat 10.50

Ermənistanın şimalında su basması nəticəsində ən azı 1 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Daxidi İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, "Opel" markalı avtomobil Şnox-Texut sahəsində çaya düşüb, bir nəfər ölüb. Ayrum-Alaverdi sahəsində yük maşını qismən suda qalıb, iki nəfər kömək gözləyir.

https://t.me/apa_az/84136

Xəbər Lenti