Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 26 May 2024 21:15
İspaniya İsraildən Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tez bir zamanda yerinə yetirməsini gözləyir.
APA xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares “TRT Haber” telekanalına müsahibəsində deyib.
“Beynəlxalq Cinayət Məhkəməsi BMT-nin strukturudur, ona görə də onun qərarı hamı üçün məcburidir. Biz bütün tərəflərin buna ciddi əməl etməsini gözləyirik”, - nazir vurğulayıb.