Səfir: Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirəm

Səfir: Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirəm

Tarix: 18 Aug 2026 15:44

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməkdən böyük şərəf duyduğunu bildirib.

APA xəbər verir ki, o, bu bərədə “X” hesabında qeyd edib.

“Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığı, iqtisadi əlaqələri və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - səfir yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib.

Toğrul Quluzadə Prezident İlham Əliyev Böyük Britaniya səfiri Dankan Norman etimadnamə

Mənbə: apa.az

Xəbər Lenti