Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 27 May 2024 13:07
Gürcüstan parlamentinin Hüquqi Məsələləri Komitəsi Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı” qanununa vetosunun ləğvini dəstəkləyib. APA-nın Tbilisi müxbiri xəbər verir ki, qərar bir neçə dəqiqə əvvəl komitə tərəfindən qəbul edilib. Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub .