Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib

Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib

Tarix: 19 Aug 2026 14:59

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Özbəkistan xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.

APA xəbər verir ki, bu barədə Özbəkistan XİN rəhbəri “X” hesabında məlumat verib.

Görüşdə iki ölkə arasında son siyasi məsləhətləşmələrin nəticələri müsbət qiymətləndirilib.

Azərbaycan və Özbəkistan dövlət başçılarının fəal, dostluq və qarşılıqlı etimada əsaslanan dialoqunun ölkələr arasında müttəfiqliyin və strateji tərəfdaşlığın dinamik inkişafında oynadığı rolun vacibliyi vurğulanıb.

Samir Şərifov və Baxtiyor Saidov ikitərəfli gündəlikdə yer alan məsələləri ətraflı müzakirə edib.

Toğrul Quluzadə Azərbaycan Özbəkistan Samir Şərifov Baxtiyor Saidov

Mənbə: apa.az

Xəbər Lenti