Bakıda ev yanıb, bir nəfər xəstəxanaya müraciət edib - YENİLƏNİB-1 - VİDEO

Tarix: 27 May 2024 21:32

Bakı şəhərinin Sabunçu qəsəbəsində ümuni sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

https://t.me/apa_az/84200

***

Saat 21:27

Bakının Sabunçu rayonunda evdə baş verən yanğında bir nəfər xəstəxanaya müraciət edib.

APA xəbər verir ki, həmin ünvanda kirayədə yaşayan Rəfiqə Musayevanın halı pisləşdiyindən xəstəxanaya aparılıb.

***

Saat 20:52

Bakının Sabunçu rayonunda evdə yanğın olub.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın məhdudlaşdırılıb.

Xəbər Lenti