Rumen Radev: Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, bunu yüksək qiymətləndirərik

Rumen Radev: Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, bunu yüksək qiymətləndirərik

Tarix: 12 Nov 2026 15:08

"Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, biz bunu yüksək qiymətləndirərik".

APA xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Rumen Radev Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Biz Azərbaycanla əməkdaşlığımızı dərinləşdiririk. Təkcə təbii qaz tədarükündə yox, həm də yaşıl enerji dəhlizi barəsində danışırıq. Bakıda keçirilən COP29 zamanı Bolqarıstan bu koridorun dərhal həyata keçirilməsi ilə bağlı çağırış etdi. Bu, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında quru xətləri, konnektivliyi təmin edir. Bu razılaşma bir neçə gün əvvəl COP31 çərçivəsində imzalandı. Biz irəliləyirik, Azərbaycanla dostluq və əməkdaşlıqdan zövq alırıq”, - Bolqarıstanın Baş naziri qeyd edib.

Toğrul Quluzadə Bolqarıstan Rumen Radev

Mənbə: apa.az

Xəbər Lenti