Cümə axşamı, 12 Noyabr, 2026
Tarix: 12 Nov 2026 16:08
Ukrayna xalqı ədalətli və davamlı sülhə layiqdir.
APA xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Maykl Martin Avropa Siyasi Birliyinin Dublində keçirilən 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında çıxışı zamanı bildirib.
Baş nazir Avropanın güclü, təhlükəsiz və bir-biri ilə əlaqəli olması üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.
“Avropa güclü iqtisadiyyata malik olmalı, vətəndaşlarını müharibədən və hibrid təhdidlər də daxil olmaqla bütün təhlükələrdən qorumalıdır”, – deyə o qeyd edib.
Maykl Martin Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropanın təhlükəsizlik mühitini əsaslı şəkildə dəyişdirdiyini bildirib.
“Ukraynada baş verənlər bütün dəyərlərimizə və müdafiə etdiyimiz prinsiplərə ziddir. Buna görə də Ukrayna və onun xalqı ilə lazım olduğu müddət ərzində həmrəy olduğumuzu bir daha şəxsən bəyan etmək mənim üçün xüsusi şərəfdir. Ukrayna xalqı ədalətli və davamlı sülhə layiqdir və Rusiyanın bu qeyri-mənəvi müharibəni dayandırmasının vaxtı çoxdan çatıb”, – deyə İrlandiyanın Baş naziri vurğulayıb.
Ramiz Mikayıloğlu İrlandiya Maykl Martin Ukrayna Rusiya Avropa Siyasi Birliyi Dublin sammiti Ukraynada müharibə davamlı sülh Avropa təhlükəsizliyi hibrid təhdidlərMənbə: apa.az