Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 28 May 2024 14:58
Zaporojye AES-in yenidən işə salınması indi mümkün deyil.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Kalininqradda “Rosatom”un rəhbəri Aleksey Lixaçevlə apardığı danışıqlardan sonra bildirib.
O qeyd edib ki, ümumi anlayışa görə, Zaporojye AES-in yenidən işə salınması hazırda mümkün deyil.
Qeyd edək ki, bu gün Kalininqradda AEBA Baş direktoru Rafael Qrossi ilə “Rosatom”un rəhbəri Aleksey Lixaçev arasında görüş keçirilib. Görüşdə Zaporojye AES-dəki vəziyyət müzakirə olunub.