Regionlarda əsas kapitala yatırılan investisiyaların həcmi açıqlanıb

Tarix: 29.05.2024 12:11

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda regionlar üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq (nominal ifadədə) 7,8 milyard manat təşkil edib.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin yanvar-mart aylarında regionlara kredit qoyuluşu 18% artaraq 5,6 milyard manat, əsas kapitala investisiyalar isə 1,7 milyard manat təşkil edib.

Qeyd edək ki, bu ilin üç ayında regionlar üzrə investisiyaların 68,6 %-i və ya 1 milyard 167 milyon 617 min manatı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Xəbər Lenti