- Cümə, 27 Dekabr, 2024
Tarix: 29.05.2024 16:00
Azərbaycan Dəmir Yolları ( ADY) və Azərbaycan Mətbuat Şurası “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri arasında araşdırma müsabiqəsi elan edir.
ADY-dən “APA-Economics”ə bildirilib ki, yazı, TV və radio kateqoriyalarında Azərbaycanın “yaşıl dünya” tədbirlərini əks etdirən dörd istiqamət üzrə keçirilən müsabiqədə qaliblər mükafatlandırılacaq, həmçinin digər iştirakçılara həvəsləndirici mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqə şərtləri haqqında linkdən ətraflı məlumat ala bilərsiz: https://bit.ly/4bCixuK