“Naxçıvan Bank”ın müştərilərinə xəbərdarlıq olunub - FOTO

Tarix: 29.05.2024 15:50

“Naxçıvan Bank”ın kredit portfeli müqavilə şərtləri dəyişdirilmədən “Kapital Bank”a ötürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı bank tərəfindən müştərilərə sms göndərilib.

Sms-də qeyd edilib ki, “Naxçıvan Bank” ASC-də kredit ödənişləri olan vətəndaşların kreditləri bu gündən etibarən müqavilə şərtləri dəyişdirilmədən “Kapitalbank” ASC-yə keçirilir. Kredit ödənişləri 01.06.2004-cü il tarixdən qəbul ediləcək.

Xəbər Lenti