Bazar, 27 Sentyabr, 2026
Tarix: 23 Aug 2026 13:04
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.
Bu barədə APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.
“Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
https://t.me/apa_az/124911Firuzə Vahid İlham Əliyev Azərbycan Prezidenti Özbəkistan
Mənbə: apa.az