Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

Tarix: 23 Aug 2026 23:22

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar.

APA xəbər verir ki, parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrini əks etdirəcək ictimai məkan yaradılacaq. Park Azərbaycanın və Özbəkistanın qardaş xalqlarının daha da yaxınlaşması baxımından mühüm rol oynayır.

Bakıda "Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan" parkının salınması xalqlarmız arasındakı çoxəsrlik dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın, həmçinin Azərbaycanla Özbəkistanın möhkəm və dinamik inkişaf edən münasibətlərinin növbəti rəmzi olacaq.

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

Mənbə: apa.az

Xəbər Lenti