Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 30 May 2024 23:01
Hindistanda zəvvarları daşıyan avtobus Şiv Hori şəhərinə ziyarətə gedərkən dərəyə aşıb.
APA “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində 22 zəvvar ölüb, 60-a yaxın şəxs yaralanıb.
Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, maddi yardım vəd edərək, yaralıların tezliklə sağalmasını arzulayıb.