Dünya Bankı: Azərbaycan üzrə 9 texniki yardımdan 4-ü tamamlanmaq üzrədir

Tarix: 31.05.2024 10:08

Azərbaycan Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə 9 texniki yardımdan 4-ü tamamlanmaq üzrədir.

“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantıda Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister deyib.

O bildirib ki, AZTAF Aİ tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan ümumi büdcəsi 5,25 milyon avro olan üç illik proqramdır. Onun məqsədi Azərbaycanın 2030-cu ilə Milli Prioritetləri və 2022-2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq Azərbaycan hökumətinə məsləhət və analitik dəstək göstərmək və onun potensialını gücləndirməkdir.

Xəbər Lenti