Almaniya Ukraynaya hərbi yardım üçün vəsait çatışmazlığını etiraf edib

Almaniya Ukraynaya hərbi yardım üçün vəsait çatışmazlığını etiraf edib

Tarix: 25 Aug 2026 00:50

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi üçün vəsait çatışmazlığı olduğunu etiraf edib.

Nazir ARD telekanalına açıqlamasında bildirib ki, Ukraynaya silah yardımı üçün ayrılan maliyyə kifayət etmir. O, bu məsələni Ukraynanın yeni müdafiə naziri ilə də müzakirə etdiyini deyib.

Vadefulun sözlərinə görə, məsələ ilə bağlı Berlin və Brüsseldə əlavə məsləhətləşmələr aparılacaq. O bildirib ki, gələn il üçün nəzərdə tutulan bəzi vəsaitlərin daha erkən ayrılması və digər Avropa ölkələrinin əlavə dəstək göstərməsi imkanları nəzərdən keçiriləcək.

almaniya

Mənbə: apa.az

Xəbər Lenti