Cümə, 16 Oktyabr, 2026
Tarix: 16 Oct 2026 15:55
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin oktyabrın 15-dək dövlətin payına düşən karbohidrogenlərin satışından təxminən 4,6 milyard ABŞ dolları (7,8 milyard manat) xalis gəlir əldə edib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.
Fondun məlumatına görə, 2026-cı ildə dövlətin payına düşən karbohidrogenlərin satışından 5,03 milyard ABŞ dolları (8,55 milyard manat) xalis gəlir əldə edilməsi nəzərdə tutulub.
İlin ilk üç rübünün yekunlarına əsasən, həmin göstərici üzrə illik plan 91% icra edilib. Bu isə hesablamalara görə, təxminən 4 milyard 577,3 milyon ABŞ dolları və ya 7 milyard 781,4 milyon manat deməkdir.
ARDNF qeyd edib ki, dövlətin mənfəət payına düşən karbohidrogenlərin satışından xalis gəlirlər faktiki satış qiymətləri əsasında, müvafiq satış xərcləri çıxılmaqla formalaşır.
Rahim Tarıverdiyev Neft Fondu ARDNF SOFAZ enerji neft qaz gəlir büdcəMənbə: apa.az