Cümə, 16 Oktyabr, 2026
Tarix: 16 Oct 2026 15:58
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya ilk dəfə olaraq Xantı-Mansi Muxtar Dairəsindəki Koqalım hava limanında məhdudiyyətlər tətbiq olunduğunu açıqlayıb.
Daha əvvəl Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Ruslan Kuxaruk dron hücumları təhlükəsi məlumat verib.
Qeyd edək ki, Koqalım şəhəri Moskvadan hava yolu ilə 2200 km məsafədə yerləşir.
Fərid ƏkbərovMənbə: apa.az