Nijni Novqorodda avtomobil dayanacağa çırpılıb, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Nijni Novqorodda avtomobil dayanacağa çırpılıb, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Tarix: 25 Aug 2026 00:47

Rusiyanın Nijni Novqorod şəhərində avtomobilin avtobus dayanacağına çırpılması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

TASS-ın məlumatına görə, hadisə Qaqarin prospektində baş verib. 1972-ci il təvəllüdlü sürücünün idarə etdiyi “Mazda” markalı avtomobil qarşı hərəkət zolağına çıxaraq “Ulitsa Surikova” dayanacağına və orada avtobus gözləyən piyadalara çırpılıb.

Qəza nəticəsində bir qadın ölüb, daha 4 nəfər, o cümlədən 17 yaşlı yeniyetmə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, sürücü idarəetməni itirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, sürücü sərxoş olmayıb.

Mənbə: apa.az

Xəbər Lenti