Bu gün biri 4,56 milyon qazanacaq - Video

Tarix: 07.12.2023 05:01

Bu gün “Squid Game” realiti-şousunun qalibi bəlli olacaq. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Netflix”də yayımlanan yarışma 456 nəfərlə start götürüb.

İndi isə finalında üç iştirakçıdan biri 4,56 milyon dollar (təxminən 6 milyon 895 min manat) qazanacaq.

Hazırda Sem Lantz, Mey Uilian və Fil Keyn onlara verilən tapşırıqları yerinə yetirirlər.

Xəbər Lenti