Çərşənbə axşamı, 25 Avqust, 2026
Tarix: 25 Aug 2026 16:13
Oman Sultanlığının xarici işlər naziri Bədr Əl-Busəidi bu gün Tehrana səfər edib.
APA-nın Tehran bürosunun xəbərinə görə, Oman xarici işlər naziri Tehranda İran xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb.
Qeyd edək ki, Oman xarici işlər nazirinin Tehrana səfəri iki ölkə arasında Hörmüz boğazının idarə olunması mexanizminin yekunlaşdırılması ilə bağlı intensiv məsləhətləşmələrin son mərhələyə çatdığı bir vaxta təsadüf edir.
Haşim Rahimi Oman Sultanlığının xarici işlər naziri Bədr Əl-Busəidi İran xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazıMənbə: apa.az