Çərşənbə axşamı, 25 Avqust, 2026
Tarix: 25 Aug 2026 18:36
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvada səfərdədir.
“CBS News”-un müxbiri Cennifer Ceykobs anonim mənbələrə istinadən xəbər verib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya Endryus hərbi bazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 hərbi nəqliyyat təyyarəsi ilə gəlib.
Rəsmi olaraq nə Moskva, nə də Vaşinqton onun səfəri ilə bağlı məlumatı təsdiqləyib.
Retkliffin Moskvada kiminlə görüşə biləcəyi və nəyi müzakirə edəcəyi hələlik bilinmir.
Toğrul Quluzadə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi CIA Con RetkliffMənbə: apa.az