Çərşənbə axşamı, 25 Avqust, 2026
Tarix: 25 Aug 2026 18:47
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bütün minalardan təmizləndiyini bildirib.
APA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
Tramp Hörmüz boğazındakı bütün minaların zərərsizləşdirildiyini qeyd edib.
“Boğazda yeni minalar yerləşdirməyə çalışan istənilən gəmi və ya qayıq dərhal məhv ediləcək”, - Tramp İrana xəbərdarlıq edib.
O, Kosmik Qüvvələr vasitəsilə Hörmüz boğazının hər yerini izlədiklərini vurğulayıb.
Tramp İranda nüvə materiallarının gizlədildiyi ehtimal edilən Koləng dağının və əvvəllər məhv edilmiş üç nüvə obyektinin də daimi nəzarətdə olduğunu diqqətə çatdırıb.
O, Hörmüz boğazında yeni minaların yerləşdirilməsinə dözüm nümayiş etdirməyəcəklərini bəyan edib.
Toğrul Quluzadə Hörmüz boğazı Tramp minalar minatəmizləməMənbə: apa.az