İsrail və HƏMAS atəşkəsə dair təklifi müsbət qarşılayıblar

Tarix: 01 Jun 2024 01:34

Baş nazir Netanyahunun ofisi İsrailin HƏMAS ilə sülh razılaşmasını qəbul etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat yayıb.

Eyni zamanda Fələstinin HƏMAS hərəkatı da ABŞ Prezidenti Co Baydenin mayın 31-də Qəzza ilə bağlı çıxışını müsbət qiymətləndirib. Hərəkat rəsmi “Telegram” kanalında bildirib ki, HƏMAS bölgədə tam atəşkəsə və İsrail qoşunlarının anklavdan çıxarılmasına aparan istənilən təklifi konstruktiv şəkildə nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, təklifə əsasən birinci mərhələyə Qəzzadan hərbi personalın çıxarılması, həmçinin israilli girovların və həbs edilmiş fələstinli fəalların azad edilməsi daxildir.

İkinci mərhələ ABŞ, Misir və Qətərin danışıqlarının dəstəyi ilə hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılmasını nəzərdə tutur. Üçüncü mərhələ isə Qəzzanın müharibədən sonrakı bərpasını və bütün girovların azad edilməsini nəzərdə tutur.

Xəbər Lenti